main-post-cover

    Redmi Note 8 Pro ilə Note 8 təqdim olundular

    Elm & Texnologiya
    29.08.2019
    Emil Nəcəfov
        Çoxlu sayda olmuş məlumat sızıntısından sonra Redmi brendi özünün yeni Redmi Note 8Note 8 Pro smartfon modellərini təqdim etdi. Bu seriyaya daxil olmuş Note 8 Pro modeli isə dünyanın ilk 64 MP-lik arxa kamerasına sahib smartfonu oldu. Bu barədə GSMarena saytı xəbər verib. Beləliklə şüşə materialdan hazırlanmış Note 8 Pro modeli Full HD+ keyfiyyətli 6.53 düym IPS ekran əldə edib. Ekranın özü isə Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub. Həmçinin ekranın yuxarı hissəsində damcı formalı çıxıntı hissə yerləşdirlib. Ön kamera da həmin çıxıntı hissədə yerləşir. Arxa paneldə barmaq izi skanı yerləşdirilib. Smartfonun gövdəsi IP52 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir.
        Əas texniki göstəricilərə gəldikdə isə smartfon MediaTek Helio G90T prosessoru, Mali-G76 3EEMC4 qrafik sürətləndirici, 6/8 GB RAM, 64/128 GB daxili yaddaş həcmi (microSD dəstəkli), 64 MP (f/1.8 diafraqmalı) + 8 MP + 2 MP (f/2.4 diafraqmalı makroobyektiv) + 2 MP (ToF modul) dördlü arxa kamera, 20 MP-lik ön kamera, 18 vatt gücündə enerji qəbul etməyə qadir Quick Charge 4.0+ adlı sürətli enerji yığma texologiyalı 4500 mAh enerji tutumlu batareya və kontaksız ödənişlər üçün nəzərdə tutulmuş NFC modul ilə təchiz olunub.
        Şirkətin verdiyi məlumata əsasən bu cür sürətli enerji yığma texnologiyası vasitəsilə smartfon 50% enerjini 36 dəqiqəyə, tam enerjini isə 1 saat 53 dəqiqəyə yığır. Bununla yanaşı Redmi Note 8 Pro modeli TUV Rheinland sertifikatını da əldə edib. Bu sertifikat isə onu göstərir ki, smartfon hətta ən pis şəbəkə siqnalı mühitində də stabil şəbəkə bağlantısını özündə saxlayır. Çində smartfonun satışlarına 3 sentyabr tarixində start veriləcək. 6 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya 195$-a, 6 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 223$-a, 8 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya isə 251$-a satılacaq.
        Adi Redmi Note 8 modelinə gəldikdə isə həmin smartfon Full HD+ keyfiyyətli 6.39 düym IPS ekran əldə edib. Onun ekranı da Note 8 Pro-da olduğu kimi Gorilla Glass 5 qoruyucu şüşə ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası adi Note 8-də də arxa paneldə yerləşdirilib. Lakin Note 8 Pro-dan fərqli olaraq adi Note 8-də barmaq izi skanı texnologiyası kamera modulları ilə bir sırada yerləşdirilməyib.
        Əas texnki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 665 prosessoru, Adreno  610 qrafik sürətləndirici, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi (microSD dəstəkli), 48 MP (f/1.79 diafraqmalı Sony IMX586 kamera modulu) + 8 MP + 2 MP (f/2.4 diafraqmalı makroobyektiv) + 2 MP (ToF modul) dördlü arxa kamera, 13 MP-lik (f/2.0 diafraqmalı) ön kamera və 18 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Adi Redmi Note 8-in satışlarına Çində 17 sentyabr tarixində start veriləcək. 4 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya 139$-a, 4 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 167$-a, 6 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya isə 195$-a satılacaq.
    Linki kopyala