Redmi Note 8T'nin unboxing videosu ortaya çıxdı (VİDEO)
Elm & Texnologiya
31.10.2019
Farid Pardashunas
Hələ bir neçə gün bundan öncə Redmi Note 8T smartfon modelinin real fotoları ortaya çıxmışdı. İndi isə İtaliyanın Evosmart adlı YouTube kanalı bu smartfonun əks olunduğu videonu təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. Təqdim olunmuş video smartfon barəsində daha öncədən sızdırılmış məlumatları təsdiqləyib.
Redmi Note 8T modeli adi Redmi Note 8-in kopyası olacaq. Əsas fərq ondan ibarətdir ki, Redmi Note 8T modeli bir qədər böyüdülmüş ölçüyə, aşağı və yuxarı hissələrdə bir qədər qalın çərçivələrə və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC modula sahib olacaq. Yerdə qalan göstəricilər baxımından isə Redmi Note 8T modeli adi Redmi Note 8 ilə eynidir.
Yəni, 6.3 düym IPS ekran, Gorilla Glass 5 qoruyucu şüşəsi, Snapdragon 665 prosessoru, 48 MP + 8 MP + 2 MP + 2 MP dördlü arxa kamera və 4000 mAh enerji tutumlu batareya. Smartfon Android Pie əməliyyat sistemi vasitəsilə çalışacaq. Smartfonun nə zaman təqdim olunacağı barəsində bir məlumat yoxdur. Lakin güman etmək olar ki, o, Mi Note 10 smartfonu ilə birlikdə təqdim olunacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ