Redmi Note 9 5G smartfonu bazardakı 5G dəstəkli ən ucuz smartfon modeli olacaq

Redmi Note 9 5G smartfonu bazardakı 5G dəstəkli ən ucuz smartfon modeli olacaq

Texnologiya
27.03.2020 PAYLAŞIM

    Bir neçə gün bundan öncə təqdim olunmuş Redmi K30 Pro smartfonu Snapdragon 865 prosessoruna sahib ən ucuz smartfon modeli oldu. İndi isə Redmi brendi həmçinin 5G şəbəkə dəstəkli ən ucuz smartfonu təqdim etməyi planlaşdırır. Gözləntilərə əsasən bu yeni smartfon Redmi Note 9 5G-dir. Smartfon artıq Çinin 3C adlı nizamlayıcı orqanının məlumatar bazasında ortaya çıxıb. Bu barədə Gizmochina saytı xəbər verib.

    İnsayderlərin məlumatlarına əsasən M2002J9E model nömrəsinə sahib olan smartfon ilk növbədə Çin bazarı üçün nəzərdə tutulacaq. Daha öncədən Xiaomi şirkətinin prezidenti Lu Weibing qeyd etmişdi ki, Redmi Note 9 ProRedmi Note 9 Pro Max modellərinin Avropada satılacaqları bir caxtda Çindəki istifadəçilər daha çox 5G şəbəkə dəstəkli modellərə üstünlük verirlər.

Bənzər xəbər


    Redmi Note 9 5G modelinin gözlənilən satış qiyməti 141$-212$-dır. Bu cür qiymət göstəricisi isə onu bazardakı 5G dəstəkli ən ucuz smartfon modeli edə bilər. Məlumata əsasən smartfonun satış qiymətinin aşağı salınması ilk növbədə Qualcomm prosessoru yerinə MediaTek Dimensity 800 5G prosessorunun istifadəsi ilə mümkün olacaq. Redmi Note 9 5G-nin nə zaman təqdim olunacağı barəsində bir məlumat verilməyib. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yapon peyki kosmik tullantıları lazer şüası vasitəsilə məhv edəcək: Bu proses ne..

Kosmik tullantılar günümüzdə olan böyük problemlərdən biridir. Alimlərin hesablamalarına əsasən Yer ..


Xiaomi-nin 120W dəstəkləyən yeni şarj adapteri sızdırıldı

Xiaomi şirkətinə məxsus 120W dəstəkləyən yeni şarj adapteri internetə sızdırıldı.


Chrome brauzeri 6 il sonra x64 bit arxitekturaya keçir: Nə dəyişəcək? (Android)..

Google şirkətinə məxsus Chrome brauzerinin Android versiyası 6 il sonra 64 bit arxitekturaya keçir...


Google şirkəti Chrome brauzerində faydalı funksiyanı reallaşdıracaq

Yeni funksiyasının testi Chrome betası çərçivəsində bir neçə həftədən sonra başlayacaq...


Xiaomi şirkəti Mi Band 5-in təkmilləşdirilmiş versiyası üzərində çalışa bilər..

Bir neçə müddət bundan öncə Xiaomi şirkəti 2 variantda Mi Band 5 fitnes qolbağını təqdim etmişdi. On..

×