main-post-cover

    Redmi Note 9 modellərindən biri MediaTek Dimensity 800 prosessorunu əldə edə bilər

    Elm & Texnologiya
    06.03.2020
    Farid Pardashunas
        İnternetdə Redmi Note 9 smartfon seriyası barəsində məlumatlar ortaya çıxmağa davam edir. Digital Chat Station ləqəbli çinli insayderin verdiyi məlumata əsasən Xiaomi-nin müstəqil brendi kimi fəaliyyət göstərən Redmi, MediaTek Dimensity 800 prosessoruna sahib ilk Redmi Note 9 modelini təqdim edəcək. Söhbətin hansı Redmi Note 9 modelindən getdiyi bilinmir. Lakin güman edilir ki, sözügedən prosessoru əldə edəcək smartfon adi Redmi Note 9 modeli olacaq.
        Qeyd etmək lazımdır ki, MediaTek Dimensity 800 prosessor modeli yanvarda keçirilmiş CES 2020 sərgisində təqdim edilmişdi. Bu prosessor 7 nanometrlik texnoloji proses əsasında hazırlanıb və 4 ədəd Cortex-A76 nüvəsini, 4 ədəd Cortex-A55 nüvəsini, Mali-G57MP4 qrafik sürətləndiricini özündə birləşdirir. Bununla yanaşı bu 8 nüvəli prosessor həmçinin 5G şəbəkəsini də dəstəkləyir. Redmi Note 9 smartfon seriyası gələn həftə Çində təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər