
Redmi öz yeni naqilsiz qulaqlığının təqdimatını anons edib
Elm & Texnologiya
24.11.2023
Emil
Redmi brendi öz yeni naqilsiz qulaqlığının təqdimatını anons edib. Söhbət, Redmi Buds 5 Pro-dan gedir. Sözügedən qulaqlıq hal hazırda aktual olan Redmi Buds 5-in bir qədər təkmilləşdirilmiş versiyası olacaq. Məlumatda qeyd edilib ki, Redmi Buds 5 Pro gələn həftə Redmi K70 smartfon seriyası ilə birlikdə təqdim olunacaq. Gözləntilərə əsasən Redmi Buds 5 Pro qulaqlığı xarici görünüşcə adi Redmi Buds 5-ə bənzəyəcək. Qulaqlığın texniki imkanları barəsində məlumat olmasa da, güman etmək olar ki, o, ətraf səs-küyün aktiv boğulması funksiyasını və şəffaf rejim dəstəyini əldə edəcək.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
