
Redmi Pad 2 planşeti Geekbench testlərindən keçib
Elm & Texnologiya
03.07.2023
Emil
Artıq dəfələrlə məlumat ortaya çıxıb ki, Xiaomi-nin Redmi brendi yeni planşet üzərində çalışır. Söhbət, Redmi Pad 2-dən gedir. İndi isə məlum olub ki, Redmi Pad 2 planşeti Geekbench testlərindən keçib. Geekbench sayəsində planşetin hansı prosessor vasitəsilə çalışacağı məlum olub. Beləliklə Geekbench məlumatlarına əsasən Redmi Pad 2 planşeti Snapdragon 680 prosessoru vasitəsilə çalışacaq və özündə 4 GB RAM-ı birləşdirəcək.
Planşet Android 13 əməliyyat sisteminə sahib olacaq. Redmi Pad 2 Geekbench-in bir nüvəli testi çərçivəsində 415 xal, çox nüvəli testi çərçivəsində isə 1411 xal toplayıb. Geekbench-də planşet barəsində digər bir məlumat əks olunmayıb. Lakin daha öncəki məlumat sızıntılarına inansaq, planşet 90 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1200 piksel keyfiyyətli 10.95 düym LCD ekran ilə təchiz olunacaq. Redmi Pad 2-nin təqdimatı yaxın aylar ərzində baş tutmalıdır.
Paylaş
Bənzər xəbərlər