
Redmi Pad 2 planşeti sertifikatlaşdırmadan keçib
Elm & Texnologiya
23.06.2023
Emil
Son zamanlarda ortaya çıxmış məlumata əsasən Xiaomi-nin Redmi brendi öz yeni planşet modeli üzərində çalışır. Söhbət, Redmi Pad 2-dən gedir. İndi isə məlum olub ki, sözügedən planşet Çinin FCC adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıb. Bunun sayəsində Redmi Pad 2-nin hansı həcmdə RAM yaddaşına, daxili yaddaşa sahib olacağı və hansı MIUI versiyası vasitəsilə çalışacağı məlum olub.
Beləliklə məlumatlara əsasən Redmi Pad 2 planşeti 4/6 GB RAM-a və 64/128 GB daxili yaddaş həcminə sahib olacaq. Planşet MIUI 14 istifadəçi interfeysi vasitəsilə çalışacaq. Daha öncəki məlumat sızıntılarında qeyd edilmişdi ki, Redmi-nin yeni planşeti 90 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 10.95 düym ekran, Snapdragon 680 prosessoru və 8000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Redmi Pad 2-nin nə zaman təqdim olunacağı hələ bilinmir.
Paylaş
Bənzər xəbərlər