Logo
    main-post-cover

    Redmi Pad SE adlı yeni büdcəli planşet təqdim edilib - QİYMƏTİ

        Xiaomi-nin Redmi brendi Avropada yeni büdcəli planşetini təqdim edib. Söhbət, Redmi Pad SE-dən gedir. Təqdim edilmiş bu planşet artıq Avropa bazarında sartışa çıxıb. Beləliklə Redmi Pad SE planşeti 90 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1200 piksel keyfiyyətli 11 düym LCD ekran ilə təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir. Planşet özündə Dolby Atmos dəstəkli 4 ədəd səsgücləndiricini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir.
        Əsas texniki göstəricilərə gəldikdə isə Redmi Pad SE Snapdragon 680 prosessoru, 4/6/8 GB RAM, 128 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 8 MP-lik arxa kamera, 5 MP-lik ön kamera və 10 vatt gücündə sürətli şarj texnologiyalı 8000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Redmi Pad SE planşeti MIUI Pad 14 interfeysli Android 13 vasitəsilə çalışır. 4 GB RAM-a sahib versiya 200 avroya, 6 GB RAM-a sahib versiya 230 avroya, 8 GB RAM-a sahib versiya isə 250 avroya satılır.
    Paylaş
    Bənzər xəbərlər