Logo
    main-post-cover

    Redmi Pad SE planşetinin render fotoları təqdim edilib

        Artıq dəfələrlə məlumat ortaya çıxıb ki, Xiaomi-nin Redmi brendi hal hazırda Redmi Pad 2 planşeti üzərində çalışır. Ortaya çıxmış yeni məlumata əsasən isə sözügedən planşet bazarda tamamilə fərqli ad ilə satışa çıxacaq. İnsayderlər bildiriblər ki, Redmi-nin yeni planşeti bazarda Redmi Pad SE adı altında satılacaq. Bununla yanaşı insayderlər Redmi Pad SE-nin keyfiyyətli render fotolarını da təqdim ediblər.
        Render fotolardan da görmək olar ki, planşet 3 gövdə rəngində satışa çıxacaq. Yaşıl, bənövşəyi və tünd-boz. Bununla yanaşı planşet özündə USB Type-C girişini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirəcək. Texniki göstəricilərə gəldikdə isə planşetin 90 Hz-lik təsvir yenilənməsinə sahib 11 düym LCD ekran, Snapdragon 680 prosessoru, 8 MP-lik arxa kamera və 5 MP-lik ön kamera ilə təchiz olunacağı gözlənilir. Redmi Pad SE-nin 1 sentyabr tarixində Xiaomi 13T smartfon seriyası ilə birgə təqdim olunacağı güman edilir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Redmi Pad SE planşetinin render fotoları təqdim edilib | Technote