Logo
    main-post-cover

    Redmi Pad SE planşetinin texniki göstəriciləri ortaya çıxıb

        Xiaomi-nin Redmi brendi yeni smartfonlarla yanaşı növbəti planşetləri üzərində də çalışır. Onlardan biri də Redmi Pad SE olmalıdır. İndi isə sözügedən planşetin texniki göstəriciləri internetdə ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumata əsasən Redmi Pad SE planşeti 90 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1200 piksel keyfiyyətli 11 düym ekran ilə təchiz olunacaq və ekranın maksimal parlaqlıq səviyyyəsi 400 nit təşkil edəcək. Planşet Snapdragon 680 prosessoru vasitəsilə çalışacaq və özündə 4 GB RAM-ı, 128 GB daxili yaddaş həcmini və 10 vatt gücündə sürətli şarj texnologiyalı 8000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Bununla yanaşı planşet 8 MP-lik arxa kameraya və 5 MP-lik ön kameraya sahib olacaq. Redmi Pad SE-nin nə zaman təqdim ediləcəyi bilinmir.
    Paylaş
    Bənzər xəbərlər