
Redmi Watch 4-ün təqdimatı anons edilib
Elm & Texnologiya
24.11.2023
Emil
Xiaomi-nin Redmi brendinin rəhbəri olan Lu Weibing təsdiqləyib ki, Redmi K70 smartfon seriyasının gələn həftə baş tutacaq təqdimat tədbiri çərçivəsində həmçinin Redmi-nin yeni smart saatı da təqdim ediləcək. Söhbət, Redmi Watch 4-dən gedir. Məlumata əsasən Redmi Watch 4 smart saatı metal gövdəyə sahib olacaq. Bununla yanaşı Redmi rəhbəri bildirib ki, şirkət sözügedən yeni smart saatın ekranında, dizaynında və materiallarında kompleksli yenilənməni reallaşdırıb. Nəticədə smart saat dəbli və təkmilləşdirilmiş olub. Qeyd etmək lazımdır ki, Redmi K70 smartfon seriyasının təqdimatı 29 noyabr tarixində təqdim ediləcək.
Paylaş
Ən çox oxunanlar

Huawei Pura 80 smartfon seriyasının təqdimatı anons edilib
