
Redmi Watch 4-ün vacib özəlliyi barəsində rəsmi məlumat verilib
Elm & Texnologiya
28.11.2023
Emil
Növbəti təqdimat tədbirinin keçirilməsinə 1 gün qalmasına baxmayaraq Redmi brendi öz yeni məhsulları barəsində rəsmi məlumatları təqdim etməyə davam edir. Qeyd etmək lazımdır ki, sabah Redmi K70 smartfon seriyasının təqdimatı baş tutacaq. Sözügedən smartfon seriyası ilə birlikdə şirkət həmçinin digər məhsullarını da təqdim edəcək. Onlardan biri də Redmi Watch 4 smart saatı olacaq. Beləliklə şirkətin təqdim etmiş olduğu yeni məlumata əsasən AMOLED ekran və böyük həcmli batareya sayəsində Redmi Watch 4 smart saatı bir dəfə şarj olunandan sonra 20 gün ərzində çalışa biləcək. Artıq məlumdur ki, Redmi Watch 4 smart saatı metal gövdəyə sahib olacaq və istifadəçi səhhətinin müxtəlif göstəricilərini monitorinq edə biləcək.

Paylaş
Ən çox oxunanlar

Huawei Pura 80 smartfon seriyasının təqdimatı anons edilib
