RedmiBook 14 (2023) noutbuku təqdim edilib - QİYMƏTİ

RedmiBook 14 (2023) noutbuku təqdim edilib - QİYMƏTİ

Texnologiya
19.05.2023 PAYLAŞIM

    Redmi brendi 14 düym ekrana sahib RedmiBook noutbukunun yeni versiyasını təqdim edib. RedmiBook 14 (2022)-dən fərqli olaraq RedmiBook 14 (2023) modeli sahib olduğu prosessoru ilə yanaşı həmçinin professional ekranı ilə də fərqlənir. Beləliklə sözügedən noutbuk 120 Hz-lik təsvir yenilənməsinə sahib 2.8K keyfiyyətli 14 düym IPS ekran ilə təchiz olunub. Ekran sRGB rəng diapazonunun 100%-ni əhatə edir və özündə Dolby Vision dəstəyini birləşdirir.


    Noutbuk iki versiyada təqdim edilib. Onlardan biri Intel Core i5-12500H, digəri isə Core i7-12700H prosessoru ilə təchiz olunub. Bununla yanaşı noutbuk aktiv soyutma sisteminə də sahibdir. Belə ki, o özündə iki ədəd pəri birləşdirir. Hər iki prosessor halında RedmiBook 14 (2023) LPDDR5 standartlı 16 GB RAM 512 GB SSD ilə təchiz olunub. Noutbukun ana platasında iki ədəd M.2 girişinin olması sayəsində onun yaddaş həcmini 3 TB-a kimi yüksəltmək mümkündür.

    RedmiBook 14 (2023) həmçinin özündə Dolby Atmos dəstəkli iki ədəd səsgücləndiricini, 4 ədəd mikrofonu və 56 vatt saatlıq batareyanı birləşdirir. İnterfeyslərə gəldikdə isə noutbuk iki ədəd USB 3.2 Gen 1, bir ədəd USB 2.0 Type-A, Thunderbolt 4, HDMI 2.1 girişlərinə və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişə sahibdir. RedmiBook 14 (2023) 22 may tarixində satışa çıxacaq və onun qiyməti 567$-dan start götürəcək.



DAHA ÇOX


Apple Vision Pro qarışıq reallıq cihazının yeni keyfiyyətli fotoları ortaya çıxı..

Apple şirkəti dünən gecə Vision Pro adlı ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını təqd..


Honor fərdi prosessorlarını istehsal edəcək

Vaxtı ikən ABŞ hökumətinin sərt sanksiyaları ilə qarşılaşaraq fərdi Kirin prosessorlarının istehsalı..


Apple yenilənmiş Mac Studio-nu təqdim edib - QİYMƏTİ

Yenilənmiş Mac Pro ilə yanaşı Apple yeni Mac Studio-nu da təqdim edib.


Apple M2 Ultra-ya sahib yenilənmiş Mac Pro-nu təqdim edib - QİYMƏTİ

WWDC 2023 konfransı çərçivəsində təqdim edilmiş yeni məhsullardan biri də yenilənmiş Mac Pro kompüte..


Apple ən güclü prosessoru M2 Ultra-nı təqdim edib

Apple WWDC 2023 konfransı çərçivəsində öz yeni və ən güclü prosessoru olan M2 Ultra-nı təqdim edib...


Apple Vision Pro qarışıq reallıq (AR + VR) cihazı təqdim edilib - QİYMƏTİ (VİDEO..

Bir neçə il ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Apple şirkəti WWDC 2023 konfransı ç..

×