main-post-cover

    RedmiBook 14 (2024) və RedmiBook 16 (2024) noutbukları təqdim edilib - QİYMƏTİ

    Elm & Texnologiya
    29.11.2023
    Emil Nəcəfov
         Redmi brendi öz yeni noutbuk modellərini təqdim edib. Söhbət, RedmiBook 14 (2024)RedmiBook 16 (2024) noutbuklarından gedir. Sözügedən yeni noutbuklar yüksək təsvir yenilənməsinə sahib keyfiyyətli ekranları və orta performanslı Intel prosessorlarını əldə ediblər. Bütün bunlar isə noutbukların sahib olduqları nazik və yüngül metal gövdənin daxilinə yerləşdirilib. Hər iki model texniki göstəricilər baxımından demək olar eynidir. Onlar öz aralarında ekran ölçüsü baxımından fərqlənirlər. RedmiBook 14 (2024) modeli 14 düym ekranla təchiz olunub. Ekran 2.8K keyfiyyətindədir və o, 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyir. Ekranın maksimal parlaqlıq səviyyəsi isə 300 nit təşkil edir. RedmiBook 16 (2024) modeli isə 120 Hz-lik təsvir yenilənməsinə sahib 2.5K keyfiyyətli 16 düym ekranla təchiz olunub.
         Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir. RedmiBook 14 (2024)-ün qalınlığı 15.9 mm, çəkisi isə 1.37 kq-dır. RedmiBook 16 (2024)-ün qalınlığı 15.9 mm, çəkisi isə 1.68 kq-dır. Hər iki model 12 nüvəli Intel Core i5-13500H prosessoru vasitəsilə çalışır və özlərində LPDDR5-6400 standartlı 16 GB RAM ilə 512 GB / 1 TB-lıq SSD-ni birləşdirirlər. Hər iki noutbuk 72 vatt saatlıq batareya həcminə və aktiv soyutma sistemi qismində iki ədəd pərə sahibdir. Yeni RedmiBook-lara HDMI, USB Type-A, USB Type-C girişləri və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogiriş quraşdırılıb. RedmiBook 14 (2024)-ün 512 GB-lıq SSD-yə sahib versiyası 593$-a, 1 TB-lıq SSD-yə sahib versiyası isə 635$-a satılır. RedmiBook 16 (2024)-ə gəldikdə isə onun 512 GB-lıq SSD-yə sahib versiyası 621$-a, 1 TB-lıq SSD-yə sahib versiyası isə 664$-a satılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Redmi Buds 5 Pro naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
    redmi-buds-5-pro-naqilsiz-qulaqligi-teqdim-edilib-qiymeti
    Redmi Watch 4 smart saatı təqdim edilib - QİYMƏTİ
    redmi-watch-4-smart-saati-teqdim-edilib-qiymeti
    Redmi K70, K70 Pro və K70E təqdim olunub - QİYMƏTİ
    redmi-k70-k70-pro-ve-k70e-teqdim-olunub-qiymeti
    Redmi K70 smartfon seriyasına xüsusi gaming model daxil olacaq
    redmi-k70-smartfon-seriyasina-xususi-gaming-model-daxil-olacaq
    Büdcəli Redmi 13C 5G smartfonunun nə zaman təqdim olunacağı məlum olub
    budceli-redmi-13c-5g-smartfonunun-ne-zaman-teqdim-olunacagi-melum-olub