
RedmiBook 16 (2024) noutbuku hansı prosessoru əldə edəcək?
Elm & Texnologiya
27.11.2023
Emil
Redmi brendi artıq təsdiqləyib ki, 29 noyabr tarixində RedmiBook 14 (2024) və RedmiBook 16 (2024) noutbukları təqdim ediləcək. İndi isə şirkət RedmiBook 16 (2024) barəsində bəzi məlumatları təqdim edib. Beləliklə verilmiş məlumata əsasən RedmiBook 16 (2024) noutbuku 4.7 GHz tezlikdə çalışan 12 nüvəli Intel Core i5-13500 prosessoru ilə təchiz olunacaq. Bununla yanaşı noutbuk özündə LPDDR5 standartlı RAM yaddaşını və 47 vatt enerji sərfiyyatını birləşdirəcək. Soyutma sistemi qismində isə noutbukda iki ədəd pər və 8 mm-lik istilik boruları istifadə ediləcək. RedmiBook 16 (2024) USB Type-A, Type-C və HDMI girişlərinə sahib olacaq.

Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
