
Reklam Billboardında porno film göstərildi
Elm & Texnologiya
07.05.2017
Farid
Bir qrup hacker, Cakartadakı bir rəqəmsal billboard hack edərək reklam yerinə porno filmi göstərdilər.
Bir
çox irqdən və dindən olan insanın yaşadığı İndoneziyanın paytaxtı Cakartada
keçdiyimiz günlərdə olduqca maraqlı və bir o qədər də qəribə bir hadisə
yaşandı. İndoneziyadakı bir qrup hacker, paytaxt Cakartadakı bir rəqəmsal
reklam billboardını hack edərək həmin
reklam əvəzinə porno filmi göstərdilər. Şəhərdə qısa müddətli qarışıqlığa səbəb
olan bu hadisə, nəqliyyatın bir müddətlik dayanmasına səbəb olsa da insanlar
bu görüntülərə fikir vermədən yollarına davam ediblər.
Hələki
bu hack hadisəsini edərək billboardda porno film göstərən hackerlərin kimliyi
bilinməsə də bu əməlin bir etiraz xarakteri daşıdığı bildirilir.
Paylaşılan
məlumatlara görə Müsəlmanların çoxluq təşkil etdiyi İndoneziyada porno izləmənin
azadlıq olduğunu müdafiə edən bir qrup hacker, porno saytlarının qadağan
olunmasına etiraz olaraq bu hadisəni törətmişlər. Həmçinin hackerlərin bu məzmunu
paylaşarkən xalqa mənfi təsir etməmək üçün görüntünü kəsərək bir növ senzura
yolunu seçdiklərini də bildirək.
Paylaş
Bənzər xəbərlər