Reklam videosu Google Pixel 4 smartfonunun dizaynını ortaya çıxartdı
Elm & Texnologiya
10.09.2019
Farid Pardashunas
Google şirkəti hələ təqdim olunmamış Pixel 4 smartfon seriyası barəsində olan məlumat sızıntılarını dayandıra bilmir. Son bir neçə gün ərzində internetdə bu smartfon seriyasının fotoları və videoları yayılıb. Hətta Pixel 4 modeli artıq Vyetnamda satışa da çıxarılıb. İndi isə internetdə Pixel 4-ün imkanlarını və dizaynını sərgiləyən reklam videosu ortaya çıxıb. Bu barədə 9to5google saytı xəbər verib.
Videodan belə qənaətə gəlmək olar ki, Pixel 4 modeli həqiqətən də biraz qeyri adi dizayn əldə edəcək. Belə ki, onun ekranının yuxarı hissəsində qalın çərçivə arxa paneldə isə kvadrat sahənin daxilinə yerləşdirilmiş kamera modulları olacaq. Həmçinin smartfona toxunmadan onu jestlər vasitəsilə də idarə etmək mümkün olacaq. Buna misal olaraq musiqilərin jestlər vasitəsilə dəyişdirilməsini gətirmək olar.
Pixel 3 modelindən fərqli olaraq Pixel 4-ün üçlü arxa kamera modulu gecə rejimində daha sürətlə çəkiliş aparacaq. Pixel 4 smartfon seriyasının gələn ay təqdim olunacağı gözlənilir. Lakin bu qədər məlumat sızıntısından sonra Google şirkətinin istifadəçiləri nə ilə təəccübləndirəcəyi məlum deyil.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)