
Rəng korluğundan əziyyət çəkənlər üçün yeni tətbiq-Color Binoculars
Elm & Texnologiya
07.05.2017
Farid
Microsoft-un iki mühəndisi rəng korluğundan əziyyət çəkdikləri üçün problemi həll etmək üçün iOS tətbiqi ortaya çıxardılar
Rəng korluğu olan insanlar bunun nə qədər çətin
olduğunu yaxşı anlayır. Rəng korluğu yaşayan insanlar rənglər arasında fərqi
hiss edə bilmədiyi üçün həyatın çox hissəsində bunun fəsadlarını yaşayırlar.
Məsələn, yaşıl və qırmızı rəng arasında fərqi
görə bilməyən rəng koru olan şəxs bunun hər ikisini eyni qəbul edir və qırmızı
fontda yaşıl hərflə yazılan mətni ayırd edə bilmir.
Məhz bundan əziyyət çəkən Microsoft-un iki
mühəndisi xəstəliyə uyğun texnoloji bir həll yolu tapıblar. Təklif olunan bu tətbiq
isə iOS-da yer almaqdadır.
Adı Color
Binoculars olan bu tətbiq hələki, iOS-da təqdim olunub. Amma tətbiqin Android və Windows-a da inteqrasiyası nəzərdə tutulur. Xatırladaq ki, bu xəstəlik
başqa adla daltonizm adlanır. Bu tətbiqin
köməyilə daltonizmdən əziyyət çəkənlər rəng tonları arasında fərqliliyi ayırd
edərək rəngləri bir qədər fərqləndirə biləcəklər.
Paylaş
Bənzər xəbərlər