main-post-cover

    Rəqabətə start verildi: Huawei Mobile Services artıq 45000 tətbiqə sahibdir

    Elm & Texnologiya
    26.12.2019
    Emil Nəcəfov
        Huawei Google şirkəti tərəfindən dəstəyin dayandırılması şəraitində sağ qalmaq uğrunda mübarizə aparmağa davam edir. Şirkət artıq Huawei Mobile Services (HMS) adlı paketi üçün tətbiq hazırlayan kənar tərtibatçılar ilə dostlaşıb və bu istiqamətdə ilkin uğurları əldə edib. Bu barədə Gizchina saytı xəbər verib. HMS-a öz növbəsində stifadəçi üçün lazım olan baza tətbiqlər əlavə ediləcək və həmin tətbiqlər Google şirkətinin servislərinin analoqu qismində çıxış edəcəklər. Bura messencer, elektron poçt tətbiqi, xəritə və s. daxildir.
        Android əməliyyat sistemi açıq mənbəli koda sahib sistem olsa da Google şirkətinin servislərindən istifadə etmək üçün xüsusi lisenziya əldə etmək lazımdır. Bu səbəbdən Huawei şirkəti məcbur qalaraq öz alternativ variantları üzərində çalışmalıdır. 23 dekabrdan başlayaraq HMS-in və HMS Core Test-in beta-testinə start verilmişdi. Məlumata əsasən HMS-də artıq 45.000 ədəd tətbiq var. Ümumilikdə diqqət çəkən göstəricidir. Lakin Google Play-də tətbiqlərin sayı 3 milyondur.
        Baxmayaraq ki, həmin tətbiqlər arasında digər məşhur tətbiqlərin analoqları, klonları və aşağı keyfiyyətli versiyaları var, istifadəçilər yenə də geniş seçimə sahibdirlər. Huawei üçün bu hələki başlanğıcdır və şirkət tətbiq siyahısının genişləndirilməsi üzərində çalışır. Məlumata əsasən şirkət artıq 1 milyon tərtibatçının dəstəyini əldə edib. Bundan əlavə olaraq şirkət HMS ekosistemini genişləndirəcək və inkişaf etdirəcək tərtibatçılar üçün 1 milyard dollar dəyərində fond da yaratmaq niyyətindədir. 
    Linki kopyala