main-post-cover

    Rəsmi: Huawei şirkəti MWC 2020 sərgisində iştirak edəcək

    Elm & Texnologiya
    12.02.2020
    Emil Nəcəfov
        Bir çox şirkətlərin bu ayın sonunda keçiriləcək MWC 2020 sərgisində iştirakdan imtina etmələrinə baxmayaraq Huawei şirkəti sərgiyə qatılacağını rəsmi şəkildə elan edib. Bu barədə Gagadget saytı xəbər verib. Şirkətin təqdim etdiyi posterə əsasən onun təqdimat tədbiri 23 fevral tarixində baş tutacaq. Təqdimatda hansı məhsulun təqdim olunacağı barəsində Huawei bir məlumat verməyib.
        Lakin posterə əsasən demək olar ki, bizləri Mate Xs adlı yeni qatlana bilən smartfon modelinin təqdimatı gözləyir. Məlumata əsasən yeni qatlana bilən smartfon modeli adi Mate X-dən təkmilləşdirilmiş şarnir konstruksiyası ilə fərqlənəcək. Bundan əlavə olaraq Mate Xs həmçinin yenilənmiş ekran, Kirin 990 prosessoru və 5G modemi də əldə edəcək. Smartfonun 65 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcəyi gözlənilir. 
    Linki kopyala