main-post-cover

    Rəsmi tizer videosu HTC Exodus blockchain smartfonunun dizaynını ortaya çıxartdı

    Elm & Texnologiya
    18.10.2018
    Farid Pardashunas
        Artıq gələn həftə (22 Oktyabr) HTC şirkəti özünün HTC Exodus adlı blockchain smartfonunu təqdim etməlidir. Şirkətin rəsmi olaraq təqdim tizer vdeosu sözügedən smartfonun dizaynını ortaya çıxardıb. Təqdim olunmuş videoya diqqətlə baxanda anlamaq olar ki, HTC Exodus smartfonunun dizaynı HTC U12+ modelinin dizaynına bənzəyir. Smartfon həmçinin üfüqi şəkildə yerləşdirilmiş ikili arxa kamera və barmaq izi skanı texnologiyasına sahib olacaq.

        Maraqlısı ondadır ki, HTC Exodus-un gövdəsi şəffaf olacaq və beləliklə onun daxili komponentlərini görmək olacaq. Məlumata əsasən HTC Exodus modeli kriptovalyutalar üçün elektron portmanata sahib olacaq. Bundan əlavə olaraq blockchain smartfon desentrəlizə olunmuş tətbiqlərin dəstəyini və kriptovalyuta mayninqi özəlliyini əldə edəcək. Şirkətin verdiyi məlumata əsasən HTC Exodus-da elektron portmanatların kopyalarını yaratmaq mümkün olacaq. Bu isə öz növbəsində smartfonun oğurlanması və ya itməsi halında istifadəçiyə yardımçı olacaq. Güman etmək olar ki, HTC Exodus da HTC U12+ kimi 6 inç-lik IPS LCD ekranla və Snapdragon 845 prosessoru ilə təchiz olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər