
Rio 2016-da "Samsung" ilə yaşanmış qalmaqal
Elm & Texnologiya
07.05.2017
Farid
Pulsuz verilən əşyaları hamı sevir. Lakin işə siyasət qarışanda bu cür məsələlər öz əhəmiyyətini itirir.
Cənubi Koreya şirkəti "Samsung” hal-hazırda Rio-da keçirilən
Yay Olimpiya Oyunları üçün xüsusi olaraq Galaxy S7 Edge smartfonunu təqdim
edib. Smartfon bütün iştirakçılara tamamilə pulsuz verilirdi. Technote.az-ın "Techcrunch.com”
saytına istinadən verdiyi xəbərə əsasən Şimali Koreya iştirakçıları
smartfonları əldə edə bilməyiblər. Şirkət bildirib ki, Olimpiya oyunlarının
12.500 idmançısına Galaxy S7 Edge Olympic Games Edition smartfonu hədiyyə
olunacaq. Qeyd edək ki, "Samsung” bu cür tədbirlərə ilk dəfə deyil ki,
sponsorluq edir. Məsələn 2014-cü ildə keçirilmiş Soçi olimpiadası zamanı şirkət
hər bir ölkənin simvol və bayrağının olduğu Galaxy Note 3 smartfonlarını təqdim
etmişdi.
Məlumata əsasən Şimali Koreya-nın olimpiya komitəsində fəaliyyət
göstərən məmurlardan biri idmançılar üçün nəzərdə tutulmuş 31 ədəd smartfon əldə
edib. Daha sonra məlum olub ki, cihazlar idmançılara təqdim olunmayıb. Çox
güman ki, pulsuz smartfonlardan imtina məsələsinin əsas səbəbi Şimali Koreya ilə
Cənubi Koreya arasındakı siyasi problemdir. Belə ki, hər iki tərəf uzun illərdir
ki, bir-biriləri ilə düşmənçilik vəziyyətindədirlər. Məsələ ilə bağlı heç bir tərəf
açıqlama verməyib.
Paylaş
Bənzər xəbərlər