Logo
    main-post-cover

    Robot insanla rəqs etdi və nəticədə möhtəşəm tamaşa alındı (VİDEO)

    Texnologiya, elm, incəsənət, biznes və s. kimi sahələrdə unikal ideyaların müzakirəsi üçün nəzərdə tutulmuş TED konfransı zamanı maraqlı çıxış etmə sərgilənib.
    Konfransda təqdim olunmuş tamaşanın müəllifləri incəsənət ilə robototexnika sahəsinin dəqiqliyini birləşdirərək demək olar ki, mümkün olmayanı ediblər. Tayvanlı artist, mühəndis və ixtiraçı Huang Yi, KUKA adlı əl robotu ilə birlikdə rəqs edib. O bu tamaşanın ərsəyə gəlməsində və nəticədə hər şeyin harmonik alınması üçün robotun proqramlaşdırılmasında özü şəxsən iştirak edib. Videoya baxaraq demək olar ki, Huang bunu mükəmməl şəkildə bacarıb. Belə ki, KUKA adlı robot Huang-dan heç də geri qalmayaraq rəqs hərəkətlərini təkrar edir.

    Paylaş
    Bənzər xəbərlər