main-post-cover

    Robotaksilərin, sərnişinlər üçün ən böyük üstünlüyü hansı olacaq?

    Elm & Texnologiya
    02.10.2017
    Farid Pardashunas
    UBS adlı maliyyə holdinqinin analitikləri, robotlaşdırılmış avtomobillərin istifadəyə verilməsindən sonra nəqliyyat vasitələrinə olan qiymətlərin kəskin şəkildə düşəcəyini proqnoz edirlər.
    Bu bazarda əsas dıyişikliklərin səbəbkarları isə Uber Lyft kimi ride-sharing servisləri olacaq. Onlar, avtopilot nəqliyyat vasitələrinə keçən kimi bu istiqamətdə olan qiymətlər, rekord göstəricidə aşağı düşməyə başlayacaq. UBS analitiklərinin fikrincə robotaksilər, nəqliyyat bazarını tamamilə dəyişəcək. Öz tədqiqatlarında analitiklər qeyd ediblər ki, dəyişikliklər təkcə özəl nəqliyyata deyil, həmdə ictimai nəqliyyat növlərinə də təsir edəcək.
    Artıq ənənəvi taksi xidmətlərini sıxışdırıb çıxaran ride-sharing servislər, bu istiqamətdə olacaq xidmətlərini rekord dərəcədə aşağı qiymətə təklif edəcəklər. Şirkətlər isə sürücülərin xidmətlərinə əlavə vəsait ödəməyəcək və əməkdaşların qrafiklərinə görə iş görməyəcəklər. Uber, ABŞ-da artıq pilotsuz avtomobillərin testini aparıb. Lyft isə öz avtomobillərinin yarısını, “Ford” şirkəti tərəfindən yaradılacaq avtopilot sisteminə keçirdəcək.

    Lyft həmçinin San Fransiskoda Drive.ai sistemi ilə təchiz olunmuş adi avtomobillərin əsasında robotaksi xidmətini istifadəyə verəcək. Bununla yanaşı o, “Google”a məxsus “Waymo” şirkəti ilə də əməkdaşlıq edir. Rəqabətin sərtləşməsi də qiymətlərin aşağı enməsinə yardımçı olacaq. “İndiki göstəricilərdən fərqli olaraq sərnişinlərin bu xidmətlərdən istifadə üçün ödədikləri vəsait, 80% aşağı düşəcək” – deyə UBS analitikləri bildiriblər.
    Proqnozlara əsasən 15 ildən sonra amerikalıların yalnız 20%-i özəl avtomobillərə sahib olacaq. Həmçinin ictimai nəqliyyatda səyahət etmək də sərfəli olmayacaq. Bununla belə ictimai nəqliyyat növləri də elektrikləşdirilmiş sistemə keçərək öz qiymət göstəricilərini aşağı sala bilərlər. Belə ki, yeni nəsil batareyaların hesabına elektrikli avtobusların qətt etdikləri yol göstəricisi daha da yüksək olub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər