
Robotexnikanın birinci qanununu pozan robot
Elm & Texnologiya
07.05.2017
Farid
Kaliforniya Universitetindən olan mühəndis Alexander Reben
insana zərər verib verməyəcəyini özü müəyyən edən robotu təqdim edib. Bu halda
zərər dediyimiz hal iynə ilə barmağı deşmək nəzərdə tutulur. Alexander Reben qeyd
edib ki, onun məqsədi insana zərər verən robotu yaratmaq deyil idi. Robot
insana zərər verə də bilər verməyə də bilər. Yəni bu halda robot nəticənin necə
olacağını özü qərarlaşdırır. Hətda onun yaradıcısı belə bilmir ki, nəticə necə
olacaq. Alexander Reben-in fikrincə süni zəka bir gün yazıçı İsaac Azimov-un yaratdığı
robotexnikanın birinci qanununu (Robot insana zərər yetirə bilməz və ya öz fəaliyyətsizliyi
ucbatından insana zərərin veriləcəyinə imkan yarada bilməz) poza bilər. Mühəndis
qeyd edib ki, bu cür robotun yaradılmasında əsas məqsəd süni zəka tərəfindən
ola biləcək təhlükəyə insanların diqqətlərini cəlb etməkdir. Onun sözlərinə görə
süni zəkanı dayandırma üsulları onun yaranmasından daha əvvəl düşünülməlidir.
Paylaş
Bənzər xəbərlər