Robotlaşdırma və avtomatlaşdırma bütün dünyada qul əməyinin böyüməsinə səbəb ola bilər
Elm & Texnologiya
13.07.2018
Farid Pardashunas
İngiltərənin Verisk Maplecroft konsaltinq şirkətinin
proqnozlarına əsasən inkişafda olan kasıb ölkələrin müəssisələrində
robotlaşdırma və avtomatlaşdırma sistemlərinin tətbiqi nəticəsində qeyri-leqal
müəssisələrdə qul əməyi bazarı kəskin sürətdə artacaq. Tədqiqata əsasən artıq
yaxın 20 il ərzində Asiyanın bir sıra ölkələrində (Tayland, Vyetnam,
İndoneziya, Kamboca və s.) yerli müəssisələrin işçilərinin 50%-dən çoxu
avtomatlaşdırma sisteminin tətbiqi nəticəsində iş yerlərini itirəcək. İlk öncə
söhbət, kənd təsərrüfatı, sənaye istehsalı, tikinti, pərakəndə ticarət və xidmət
işləri kimi sahələrdən gedir.
Robotlaşdırma əsasən ən güclü zərbəni geyim və
ayaqqabı istehsalı sahəsində çalışan işçilərə vuracaq. Tədqiqatçılar əsasən
Kamboca və Vyetnamda olan çətin vəziyyətə diqqət yetirirlər. Həmin ölkələrin geyim
və ayaqqabı istehsal sahələrini bütün sənaye işçilərinin 59%-39%-ni təşkil
edir. Buna görə də istənilən irimiqyaslı işdən azadedilmə prosesi bazara və
işçilərin özlərinə neqativ nəticələr yaradacaq. Qeyd etmək lazımdır ki,
sadalanmış ölkələr üzrə sözügedən sahələrdə çalışan işçilərdən çoxu
qadınlardır. İşlərini itirəcək və yeni sahə üzrə adaptasiya ola bilməyəcək
insanlar isə aşağı maaş müqabilində iş yerləri üzrə rəqabət aparmalı olacaqlar.
Bu cür vəziyyət isə aşağı ixtisaslı işçilərin istismarına və qul şəraitində əməyin
böyüməsinə gətirib çıxardacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Bütün iPhone 16 smartfonlarının xarici görünüşləri bir fotoda sərgilənib
Dünyanın ən sürətli internetinə malik ölkələri bəlli olub!