main-post-cover

    Roma İmperiyası günümüzə nə kimi texnologiyalar bəxş edir?

    Elm & Texnologiya
    13.04.2018
    Orxan Oguz
         Roma İmperiyası 2000 ildən çoxdur dağılsa da planetimizə hələ də töhfə verməkdədir. Əsasən, qədim insanların geridüşüncəli olduğunu və bəsit yaşadıqlarını düşünürük, amma belə deyil. Öz texnologiyamızın çoxunu Roma xalqına borcluyuq. Memarlıqdan əyləncəyə,  əyləncədən texnologiyaya bir çox sistem məhz bu imperiyanın dövründə qurulub. Onda görün bu imperiyanın sakinləri nələr görüblər, nələr...
    Beton
         Romalılar uzunömürlü beton formaları istehsal etməklə müasir betonu kölgədə qoyublar. Bu günün betonu 50 il və ya daha qısa müddətdə məhv olduğu halda Roma betonu 2-3 dəfə daha uzun ömürlüdür. Roma mühəndisi Marcus Vitruvius bu super güclü betonun vulkanik kül, əhəng və dəniz suyundan ibarət olduğunu deyir. Bu 3 şeyi vulkanik qayalarla qarşılaşdırdılar və daha çox dəniz suyuna batırdılar. On il sonra betonun içində alüminium tobermorit müşahidə olunmuşdur.
    Su şəbəkəsi
         Qədim romalılar ilk olaraq su kəmərləri ilə başlayan, inkişaf etmiş bölgələrə axan su daşıyıcılarına imkan verən və qarışıq qurğuşun boru sisteminin inkişafı ilə sona çatan inqilabi santexnika sistemi hazırladılar. Onlar bunu edəcək ilk sivilizasiyalardan biri idi.
    Qrafiti
         İstər inanın, istərsə də yox qrafiti müasir incəsənət növü deyil. Bu incəsənət növü məhz Roma İmperiyasına məxsusdur. Vezuvi dağından püskürən küllərin Pompey şəhərinə saçılmasından sonra divarlarda qəribə görüntülər ortaya çıxdı. İnsanlarda bir müddət sonra bu görüntülərə maraq yarandı və onlar müxtəlif üsulları ilə divarları bəzədilər
    Kanalizasiya
         Roma kanalizasiyaları ilk dəfə 500-cü illərdə İtaliya yarımadasındakı Etrusk səltənəti dövründə qurulub. Bundan sonra romalılar kanalizasiyaları genişləndirdi. Bunu daha çox çoxalan əhaliyə görə etmişdilər. 
    Şəhər planlaması 
         Şəhər planlamasına ilk dəfə nəzər salan romalılar cərgəli binalar tikməyə başladılar. Şəbəkə şəhərlərinin bir çoxu nəqliyyatda və ticarətdə daha sonrakı modellər üçün başlanğıc oldu. Bu cür şəhərlərdə nəqliyyatı və əhalini rahat idarə etmək mümkün olurdu. 
    Linki kopyala