
Root və jailbreak olunmuş cihazlarda Pokemon GO oyunçuları üçün bəd xəbər
Elm & Texnologiya
07.05.2017
Farid
Keçən həftə Pokemon GO-nun yaradıcısı olan "Niantic Lab” oyunun iOS və Android versiyaları üçün yenilənməni təqdim etmişdilər.
Yenilənmə oyunda olan bəzi səhvləri aradan qaldırmaqla
yanaşı həmdə oyuna bəzi yeni funksiyaları gətirmişdir. Məsələn hamının çoxdan
gözlədiyi Buddy funksiyası oyuna əlavə olunmuşdur. Həmin funksiya vasitəsilə
oyunçular sevdikləri pokemonu seçə bilərlər. Həmin pokemon isə öz növbəsində
oyunçunun səhifəsində əks olunacaq və onu gəzintiyə çıxardaraq müxtəlif
bonuslar qazanmaq olar. Lakin yenilik ilə gələn ən vacib dəyişiklik isə Pokemon
GO-nun artıq root və jailbreak olunmuş cihazlarda oynamağın mümkünsüzlüyü olub.
Çox güman ki, "Niantic Lab” root və jailbreak olunmuş cihazlarda oynayan
oyunçuların müxtəlif kənar tətbiqlər və hiylələr vasitəsilə oyunda nailiyyətlərin
əldə etmələrini düşünüblər. Həmçinin yeniliyə əlavə edilmiş daha bir xüsusiyyət
isə Pokemon GO Plus qolbağının dəstəyi olub.
Paylaş
Bənzər xəbərlər