Rusiya yeni “Soyuz-5” raketini ilk dəfə uğurla sınaqdan keçirdi
Elm & Texnologiya
01.05.2026
Sevinj
Technote.az “Reuters” platformasına istinadən bildirir ki, Rusiya yeni nəsil “Soyuz-5” raketini ilk dəfə uğurla sınaqdan keçirib. Roskosmos tərəfindən verilən məlumata görə, buraxılış Baykonur kosmodromundan həyata keçirilib və heç bir texniki problem qeydə alınmayıb.
Agentliyin açıqlamasına əsasən, raket 30 aprel tarixində Moskva vaxtı ilə saat 21:00-da (GMT ilə 18:00) havaya qalxıb. “Soyuz-5” dünyanın ən güclü maye yanacaqlı mühərriklərindən biri ilə təchiz olunub və 17 tona qədər yük daşımaq imkanına malikdir.
Yeni raketin əsas üstünlüklərindən biri orbitə yük çıxarılmasının daha ucuz başa gəlməsidir. Bildirilir ki, “Soyuz-5” xüsusilə Yerə yaxın orbitə peyklərin yerləşdirilməsi baxımından əvvəlki modellərlə müqayisədə daha effektivdir.
Dmitry Bakanov bu layihəni “kosmos tədqiqatlarında yeni mərhələ” adlandırıb. Onun sözlərinə görə, layihə həm Rusiyada, həm də Qazaxıstanda yeni iş yerlərinin yaradılmasına töhfə verəcək. Qeyd edək ki, “Soyuz-5” Rusiyanın 2014-cü ildən sonra hazırladığı ilk yeni daşıyıcı raket hesab olunur. Layihə ölkənin kosmik proqramında mühüm yenilənmə kimi qiymətləndirilir.
Paylaş
Bənzər xəbərlər