main-post-cover

    `Rusiyada porno videolara baxmaq üçün şəxsiyyət vəsiqəsi tələb olunacaq`

    Elm & Texnologiya
    13.07.2017
    Orxan Jafarli
    Məşhur pornhup saytı istər istəməz özünü siyasətin içərisində tapdı. Rusiya sözü gedən saytın qadağasını müəyyən şərtlər altında nizamlamaq məcburiyyətində qaldı!
    Dünyanın ən böyük porno saytı, Rusiya vətəndaşları üçün maraqlı bir tətbiqə məruz qaldı. Artıq insanlar Rusiya üzərindən sayta daxil olarkən, ictimai media hesabları, telefon nömrələri və pasport məlumatlarını daxil etmək məcburiyyətindədirlər.
    Keçdiyimiz Sentyabr ayından etibarən Rusiyada tamamilə qadağan olan Pornhub, uşaqların inkişafına pis təsir etdiyi səbəbiylə bu qərara məruz qalmışdı. Bu nöqtədə durmayan pornhup  saytı, əgər Premium hesablar hədiyyə etsələr, qadağanın qalxıb, qalmayacağını Rusiya hökumətindən soruşdu və əlbəttə aldıqları cavab xeyir oldu.
    Bu xahişdən çox qısa bir müddət sonra Rusiyada siyasi bir intriqa yaşandı. Dövlət başçısı Vladimir Putin-in rəqibləri, onun uzun zamandır müttəfiqi olan Dmitri Medvedev-in hədəf alan qadağan olunan bir sənədli filmi Pornhub üzərindən yayımladı.
    Bir dəfə daha sözü gedən sayt  ilə müzakirəyə oturuldu və qadağa müəyyən nisbətdə qaldırıldı. Əgər ruslar pornhup-dakı videoları  izləmək istəyirlərsə, sayta üzv olmaq məcburiyyətindədirlər. Yalnız üzvlük məlumatı da kafi deyil. Bu üzvlüyü Vkontakte sosial şəbəkəsi üzərindəki hesabları üzərindən almaları lazımdır. Eyni zamanda telefon və pasport nömrələrini də qeyd etmək məcburiyyətindədirlər.
    İşin sonu hara gedər bilmirik amma iki tərəfin da sözü gedən saytı bir təbliğat vasitəsi olaraq istifadə edəcək kimi görünür.
    Linki kopyala