
Saat əqrəbləri nəyə görə irəli və geri çəkilir?
Elm & Texnologiya
07.05.2017
Farid
Saat əqrəblərini ilin müəyyən vaxtlarında irəli ya da geri çəkmək birinci dünya müharibəsindən bəri davam edən bir qaydadır. Bunun məqsədi isə günün işıqlı saatlarından daha çox istifadə edərək elektrik enerjisinə qənaət etmək və insanların iş vaxtlarını uzatmaqdır. Bu üsulla il ərzində elektrik enerjisinə 2%-ə dək qənaət edilir.
Saaatların ilk dəfə belə dəyişilməsi 1908-ci ildə Böyük Britaniyada baş verib. 1917-də Rusiya və 1997-ci ildən isə Azərbaycanda rəsmi şəkildə əqrəblərin ilin müəyyən vaxtlarında irəli və geri çəkilməsi ilə bağlı qərar qəbul olunub. Lakin Yaponiya, Çin, İran, Ukrayna, Gürcüstan və Estoniya kimi ölkələr bu qaydadan imtina ediblər. Çünki bir çoxlarına görə il ərzində saatların dəyişməsi insanların səhhətinə pis təsir edir. Hətta Rusiyada statistika göstərir ki, bu vaxt dəyişimi səbəbilə il ərzində 60-70 min nəfər həyatını itirir. Vaxt dəyişimindən sonra bədbəxt hadisələr 29%, miokard infarktından ölüm halları 75%, intiharlar isə 66% artır.
Amma buna baxmayaraq Aropa ölkələrinin əksəriyyəti və ABŞ hələ də bu qaydadan istifadə edir.
GÖY-Vaxt dəyişimndən istifadə edən ölkələr
SARI-Artıq vaxt dəyişimindən istifadə etməyən ölkələr
QIRMIZI-Heç vaxt vaxt dəyişimindən istifadə etməmiş ölkələrPaylaş
Bənzər xəbərlər