Logo
    main-post-cover

    Sabrent şirkəti dünyanın ilk 8 TB həcmində olan SSD-sini təqdim etdi

            SSD-lər artıq müasir texnologiyaların daha sürətli işləməsi üçün əsas tələblərdən biri halına çevrildi. Hard Disklərdən fərqli olaraq yüksək yazma/oxuma sürətlərinə malik olan yaddaş cihazlarına SSD deyilir. Sabrent şirkəti də SSD istehsal edən və bir xeyli tanınan şirkətlərdən biridi. Sabrent şirkəti dünyada bir ilki reallaşdıraraq 8 TB həcmində olan ilk M.2 dəstəkli SSD-ni təqdim etdi.

    8 TB həcmindəki Sabrent Rocket Q adlı M.2 SSD-nin satış qiymətinin 1000 dollardan daha çox olması gözlənilir.

            Daha əvvəl SSD ekosistemində tanınan OWC şirkəti 4 TB həcmə malik Aura P21 M.2 NVMe SSD-sini təqdim etmişdi. Amerikalı bir şirkət olan Sabrent isə 8 TB həcmində Rocket Q seriyasından olan yeni M.2 SSD-sini təqdim etdi. Bu SSD yeni çip texnologiyası olan 3D QLC NAND əsasında hazırlanıb. Bu SSD-nin yazma/oxuma sürəti Sabrent tərəfindən rəsmi olaraq bildirilməsə də təxminən 3.4 Gb/s oxuma, 3 Gb/san isə yazma sürətinə malik olacağı gözlənilir. Yəni bu SSD-yə malik olan kompüterdə 1 saniyədə 3 GB həcmində fayl transferi etmək mümkün olacaq. Bu da çox yüksək dəyərlərdir. Bu SSD-nin satış qiyməti isə indilik bilinmir, lakin 4 TB-lik versiyasının 750 dollardan satışa çıxdığını nəzərə alsaq, 8 TB həcmi olan bu versiyanın 1000 dollardan daha çox qiymətə satışa çıxacağı düşünülür. 
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Sabrent şirkəti dünyanın ilk 8 TB həcmində olan SSD-sini təqdim etdi | Technote