
Şaiyə: PlayStation 4K haqqında yeni məlumatlar
Elm & Texnologiya
08.05.2017
İnternetdə PS4 konsolunun yenilənmiş daha güclü versiyası
(PlayStatin 4.5 PlayStation 4K) haqqında yeni məlumatlar yayılıb. Həmin məlumatları
sizlərə təqdim edirik.
- Hal hazırda Sony şirkəti daha güclü qrafik prosessorlu
PlayStation 4K modelini $399 qiymətinə satışa çıxartmağı planlaşdırır. Bundan əlavə
olaraq yenilənmiş CPU versiyalı konsol haqqındada danışıqlar gedir. Bu halda
konsolun qiyməti $499 olacaq. Məlumata görə konsolun qiyməti $499-dan baha
olmayacaq
- PlayStation 4K-ın CPU-u adi versiyadan iki dəfə güclü və sürətli
olacaq
- Konsolun yeni versiyası istifadəçilərə 4K formatlı videoları
dəstəkləyən Blu-Ray sistemi və 4K formatlı oyunları təqdim edəcək
- Studiyalar artıq yeni versiya konsol üçün nəzərdə tutulmuş
oyunlar üzərində çalışırlar. Bu cür oyunlardan biri isə God of War 4 olacaq. Siyahıda həmçinin
çoxdan anonsu olmuş Deep Down və Gran Turismo Sport oyunları var
- PlayStation 4K üçün hazırlanacaq oyunları adi PlayStation 4
konsolundada oynamaq mümkün olacaq. Lakin bu zaman oyunun keyfiyyəti nisbətən
aşağı düşəcək
- Artıq satışa çıxmış oyunlar yeni konsolda əvvəlki kimi görünməyəcəklər.
Bu barədə adi PS4 ilə PlayStation 4K arasında sinxronlaşma Sony-in planında
yoxdur. Görünür daha yaxşı qrafika görmək üçün oyunçular PlayStation 4K üçün
keçmiş oyunları yenidən almalı olacaqlar
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...