Logo
    main-post-cover

    Şaiyə: Samsung-dan qatlana bilən smartfonlar gələn il çıxacaq

    Biz artıq bir neçə dəfə eşitmişik ki, Samsung şirkəti qatlana bilən smartfonlar (Project Valley) üzərində çalışır. Bu barədə hətda bəzi prototiplərin şəkilləri də internetdə yayılmışdır. Əldə edlmiş məlumatlara əsasən şirkət ilin sonuna kimi qatlana bilən ekranların istehsalına nail olacaq. Bu cür ekrana sahib smartfonlar isə artıq 2017-ci ildə satışa çıxacaq. Bundan əlavə olaraq məlumatda qeyd olunub ki, qatlanmış halda cihaz 5 düymlü smartfona, açıq vəziyyətdə isə 7 düymlü planşetə bənzəyəcək. Bəzi şaiyələrə əsasən şirkət Project Valley smartfonları üçün Snapdragon 620 və 820 çiplərini test edir.

    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Şaiyə: Samsung-dan qatlana bilən smartfonlar gələn il çıxacaq | Technote