
Samsung 1000 TB-lıq SSD-nin hazırlanması ilə məşğul olacaq
Elm & Texnologiya
29.03.2023
Emil
CMFS 2023 adlı konfransda Samsung şirkəti rekord göstəricidə yaddaşa sahib SSD-nin hazırlanması planını açıqlayıb. Şirkət tərəfindəın hazırlanacaq SSD-nin texniki özəllikləri barəsində məlumat verilməyib. Lakin analitiklər onun daxili strukturu və satış qiyməti barəsində gözləntilərini açıqlayıblar. Samsung təmsilçilərinin sözlərinə əsasən 1000 TB-lıq yaddaşa sahib SSD-lər artıq növbəti onillikdə bazara satışa çıxacaqlar. Lakin bu məsələdə dəqiq tarix göstəricisi qeyd edilməyib. Samsung bildirib ki, 1000 TB-lıq SSD-nin hazırlanması məqsədinə çatmaq üçün o, 3 istiqamətdə tədqiqatlara artıq start verib.
Analitiklərin fikirlərinə əsasən məlumatların yüksək sıxlıqları səbəbilə bu cür SSD çox güman ki, QLC yaddaş çipindən istifadə etməyəcək. Samsung böyük ehtimal ilə PLC və ya HLC yaddaş çipinə üstünlük verəcək. Bundan əlavə olaraq gözləntilərə əsasən bu cür SSD-nin ilkin versiyası böyük ölçüdə olacaq və onu kompüterə quraşdırmaq mümkün olmayacaq. 1000 TB-lıq yaddaş həcminə sahib SSD-nin güman edilən qiyməti 10 000$-dır. Mütəxəssislər bu cür satış qiymətini ona görə proqnozlaşdırırlar ki, istehlakçı SSD-lərin ortalama qiyməti hər TB yaddaş üçün 50$-a düşüb. Gələcəkdə isə bu qiymətin hər TB yaddaş üçün 10$-a düşəcəyi istisna deyil.
Paylaş
Bənzər xəbərlər