Logo
    main-post-cover

    'Samsung', 2 ekrana sahib Leader 8 adlı yeni qapaqlı smartfonunu anons etdi

    Bugün “Samsung” şirkəti, rəsmi olaraq Android platformalı SM-G9298 (Leader 8) smartfonunu anons etdi.

    Anons olunmuş yeni smartfonun əsas özəlliyi, onun qapaqlı olmasıdır. Samsung Leader 8-in korpusu aviasiya alüminiumun ərintisindən hazırlanıb. Texniki göstəricilərinə gəldikdə isə o, 4.2 inç-lik iki ədəd Super AMOLED ekran (biri ön paneldə, digəri isə arxa paneldə), Snapdragon 821 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş (256 GB-a kimi microSD dəstəyi), 2300 mAh enerji tutumlu batareya, 12 MP-lik ikili arxa kamera və 5 MP-lik ön kamera ilə təchiz olunub. Yeni mobil cihaz, Android 6.0 Marshmallow əməliyyat sistemi vasitəsilə çalışır. Bunlardan əlavə olaraq Samsung Leader 8-in arxa panelində barmaq izi skanı da var. Smartfon, Smasung Pay, Secure Folder, S Voice kimi tətbiqlərlə birlikdə təqdim olunacaq. Lakin buna baxmayaraq o, Bixby səsli köməkçisinə sahib olmayacaq. Yeni smartfonun çıxış tarixi və qiyməti barəsində isə hələki heç bir məlumat yoxdur.

    Paylaş
    Bənzər xəbərlər