
Samsung 256 TB-lıq SSD-ləri anons edib
Elm & Texnologiya
11.08.2023
Emil
Flash Memory Summit 2023 tədbiri çərçivəsində Samsung şirkəti rekord göstəricidə yaddaş həcminə sahib yeni SSD-ləri anons edib. Söhbət, 256 TB-lıq SSD-lərdən gedir. Verilmiş məlumata əsasən sözügedən SSD-lərin əsas fərqləndirici özəllikləri arasında yüksək enerji effektivliyi olacaq. Belə ki, 8 ədəd 32 TB-lıq SSD-lərdən fərqli olaraq 256 TB-lıq SSD-lər 7 dəfə daha az enerji sərfiyyatına sahib olacaqlar. Samsung anons edilmiş yeni SSD-lərin texniki göstəriciləri barəsində məlumat verməyib. Lakin bəzi şayiələrə əsasən sözügedən yeni SSD-lər 2022-ci ilin sonunda təqdim edilmiş 8-ci nəsil 236 laylı yaddaş çiplərini əldə edəcəklər.
Paylaş
Bənzər xəbərlər