Logo
    main-post-cover

    Samsung 55 düym ekranlı yeni gaming monitorunu təqdim edib - QİYMƏTİ

    Elm & Texnologiya
    31.10.2023
    Emil
         Samsung şirkəti Odyssey Ark 2nd Gen adlı yeni gaming monitorunu təqdim edib. Yeni monitor birinci Odyssey Ark-dan daha baha qiymətə satılır. Beləliklə bu yeni gaming monitoru 165 Hz-lik təsvir yenilənməsinə sahib 4K Ultra HD keyfiyyətli 55 düym əyilmiş Quantum mini-LED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi isə 600 nit təşkil edir.
         Ekran üstəlik HDR 10+ Gaming AMD FreeSync Premium Pro texnologiyalarını dəstəkləyir. Monitorun ekranı 4 müxtəlif mənbədən olan təsviri eyni anda əks etdirə bilir. Bunun üçün o, Multi View texnologiyasından istifadə edir. Monitor özündə iki ədəd HDMI 2.1, bir ədəd HDMI 2.0 və bir ədəd DisplayPort 1.4 girişini birləşdirir. Bununla yanaşı monitor 60 vatt gücündə audiosistemə də sahibdir. Samsung Odyssey Ark 2nd Gen artıq satışa çıxıb və 3000$ qiymətində satılır.
    Paylaş