
"Samsung", akustik sistemlər istehsalçısı nəhəngi "Harman"ı 8 milyarda alır
Elm & Texnologiya
07.05.2017
Farid
"Samsung Electronics”, akustik sistemlər istehsalçısı "Harman International Industries”şirkətini alacağını elan etdi.
Müqavilənin dəyəri 8 milyard
dollar təşkil edir və 2017-ci ilin yay fəslinədək bağlanması planlaşdırılır. "Harman”
dünya bazarında professional səviyyədə akustik sistemlər istehsal edən məşhur
şirkətlərdən biridir. Şirkət, Harman/Kardon, JBL, Mark Levinson, AKG, Lexicon,
Revel və Infinity brend adları ilə müxtəlif məhsullar istehsal edir. "Technote.az”ın
"Hi-tech.mail.ru”a istinadən verdiyi xəbərə əsasən güman olunur ki, müqavilənin
bağlanması yekunlaşandan sonra "Harman”, "Samsung”un törəmə şirkəti olacaq. "Samsung”,
şirkətin işçilərini, mərkəzi binasını, obyektlərini, istehlak və professional
audiobrendlərini olduğu kimi saxlamağı planlaşdırır. "Harman”ın alışı "Samsung”a
avtomobil akustika sahəsində yerini möhkəmlətməyə köməklik edəcək. Qeyd edək
ki, bu il ərzində "Harman” satışlarının 65%-i məhz avtomobillərdə istifadə olunan
akustik sistemlərə aiddir. Şirkətdə 8000-ə yaxın proqram təminatı işçiləri və
mühəndislər çalışırlar. "Harman”ın sahib olduğu texnoloji imkanlar "Samsung”a
smartfon, planşet, virtual reallıq cihazı və televizor bazarında rəqabət
qabiliyyətinin artmasına şərait yaradacaq.
Paylaş
Bənzər xəbərlər