Logo
    main-post-cover

    Samsung ağıllı ayaqqabı istehsal edəcək

    Texnologiya şirkətləri davamlı olaraq gündəlik məhsulları ağıllı hala gətirmənin yollarını axtarırlar. Bu cəhətdən ən böyük dəstək verən firmalardan biri olan Samsung, MWC 2016’da təqdim edəcəyi ağıllı ayaqqabı modeli IOFIT ilə idman kütləsini hədəfləyir.
    Salted Venture tərəfindən yaradılan və maddi olaraq Samsung tərəfindən dəstəklənən IOFIT, ona yerləşdirilən sensorlar vasitəsilə idmançıların ağırlıq mərkəzi, ayaq təzyiqi, ayaq tempi, yerə olan təzyiqi ölçür və bunları tənzimləməyə kömək edir. Xüsusi ağıllı telefon proqramı ilə naqilsiz olaraq bağlantı quran və eyni anda məlumatları ötürən bu ayaqqabı 10 günlük batareya ömrünə sahibdir.
     
    Hələlik prototip mərhələsində olan IOFIT ayaqqabı modelinin 2016 sonlarında xüsusi bir kompaniya ilə satışa çıxarılması nəzərdə tutulub.
    Paylaş
    Bənzər xəbərlər