Logo
    main-post-cover

    Samsung artıq Galaxy Fold 2 üzərində çalışır

        GalaxyClub saytının jurnalistləri aşkar ediblər ki, Samsung mühəndisləri hal hazırda Winner2 kod adına sahib yeni smartfon modeli üzərində çalışırlar. Çox güman ki, həmin smartfon Galaxy Fold 2-dir. Belə ki, birinci Galaxy Fold modelinin kod adı Winner idi. Məlumatda qeyd edilib ki, Galaxy Fold 2 smartfonu 2 versiyada təqdim olunacaq: LTE dəstəkli və 5G şəbəkə dəstəkli.
        Təəssüflər olsun ki, smartfon barəsində digər bir məlumat verilməyib. Lakin əvvəlki məlumat sızıntılarına inansaq, smartfon 8 düym ekrana sahib olacaq. Ekranın üstünü isə şüşə materialdan hazırlanmış örtük əhatə edəcək. Galaxy Fold 2 həmçinin Snapdragon 865 prosessoru və 108 MP-lik arxa kamera ilə təchiz olunmalıdır. Galaxy Fold 2-ni yaxın müddətdə gözləmək lazım deyil. Çox güman ki, smartfon bu ilin sonunda təqdim olunacaq.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Samsung artıq Galaxy Fold 2 üzərində çalışır | Technote