main-post-cover

    'Samsung', banan formasında yeni cihazın patentini aldı

    Elm & Texnologiya
    27.07.2017
    Farid Pardashunas

    ABŞ-ın Patentlyapple patent servisində “Samsung” şirkəti, yeni cihazının patentini qeydiyyatdan keçirdib.

    Yeni cihazın qeyri-adiliyi ondan ibarətdir ki, o, banan formasındadır. Patent fotosunda banan formasında olan cihazın heç bir texniki göstəricisi yoxdur. Fotonun yanında olan yeganə yazı isə budur: “Casuslar üçün dünyada ilk dəfə yeyilməsi mümkün olan telefon”. Bu cümlə çox fantastik və bir o qədər də qarışıq təsəvvürlər yaradır. Fotoda görünür ki, banan formalı cihazın üzərində düymələr mövcuddur. Bu isə o deməkdir ki, onun vasitəsilə zəng etmək, zəng qəbul etmək və ismarıc göndərmək mümkün olacaq. Cihazın qalan texniki özəllikləri barəsində isə sadəcə olaraq təsəvvürlər qurmaq olar. Qeyd etmək lazımdır ki, bu ilin May ayında IndieGoGo platformasında Banana Phone adlı layihə üçün vəsait yığılırdı. Xarici görünüşcə o, banana bənzəyirdi. Həmin layihənin yaradıcıları lazımi vəsaiti yığmışdılar. Buna görə də Banana Phone bu ilin Sentyabr ayında 40$ qiymətində satışa çıxacaq
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər