main-post-cover

    'Samsung' barmaq izi skanını və kameranı smartfon ekranına inteqrasiya edəcək

    Elm & Texnologiya
    21.01.2018
    Farid Pardashunas
    Bir tərəfdən heç təəccüblü deyilki “Vivo” kimi şirkət ilk dəfə olaraq barmaq izi skanının ekrana inteqrasiya olunmuş smartfonu təqdim edib.
    Digər tərəfdən isə bu cür texnologiyalara hər il milyonlarla investisiya yatıran və nəticə etibarilə bu texnologiyalara sahib olmayan cihazları istehsal edən “Samsung”, “Apple” və “Huawei” kimi şirkətlərin olması bir qədər məyus edir. Tam əminliklə demək olar ki, bu şirkətlərdən hər biri bu cür texnologiyalarının öz versiyalarını yaradırlar. Lakin onlara sahib cihazlar bazara o zaman çıxacaqlar ki, həmin texnologiyalar ideal şəkildə çalışsın.

    Bu baxımdan “Samsung” şirkəti daha da irəli gedərək ekrana nəinki barmaq izi skanını həmdə kameranı inteqrasiya etmək istəyir. Bu barədə şirkətin patent sorğusundan məlum olub. Smartfonun yuxarı hissəsində ön kamera üçün əlavə çıxıntı əlavə etmək əvəzinə şirkət onu və digər ötürücüləri birbaşa ekrana inteqrasiya etmək qərarına gəlib. Şirkətin patentində qeyd olunub ki, kamera və ötürücülər xüsusi olaraq ekranda yaradılacaq çıxıntıda yerləşəcəklər. Bu cür qərar maraqlı olsa da, praktiki cəhətdən reallaşdırılması qəlizdir. Digər tərəfdən patentdə əks olunmuş smartfon 100% çərçivəsiz ekrana sahibdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər