Samsung bazardakı ən kiçik piksellərə sahib yeni 200 MP-lik kamera sensorunu təqdim edib (VİDEO)

Samsung bazardakı ən kiçik piksellərə sahib yeni 200 MP-lik kamera sensorunu təqdim edib (VİDEO)

Texnologiya
23.06.2022 PAYLAŞIM

    Samsung şirkəti mobil kameralar üçün nəzərdə tutulmuş yeni 200 MP-lik kamera sensorunu təqdim edib. ISOCELL HP3 adlı kamera sensoru maraqlı özəllikləri ilə şirkətin əvvəlki 200 MP-lik kamera sensorundan fərqlənir. Piksellərin ölçülərinin kiçildilməsi hesabına ISOCELL HP3 əvvəlki 200 MP-lik kamera sensorundan daha kompakt ölçülüdür. Buna görə də ISOCELL HP3 yeni smartfonların kompakt və nazik gövdələrinə quraşdırıla bilər. Samsung-un verdiyi məlumata əsaəsn 1/1.4” optik formatlı yeni kamera sensoru mobil kameralar bazarında ən kiçik piksellər ilə təchiz olunub. Belə ki, hər bir pikselin ölçüsü cəmi 0.56 mikrometr təşkil edir.


    ISOCELL HP3 kamera sensoru Tetra Pixel texnologiyasını dəstəkləyir və işıq həssaslığının artırılması üçün onun hesabına 2x2 (50 MP) və 4x4 (12.5 MP) rejimlərində təsvirləri əhatə edə bilir. Yeni kamera sensorunun daha bir fərqləndirici özəlliyi Smart-ISO Pro texnologiyasıdır. O, müxtlif ISO göstəricili kadrlardakı məlumatları kombinasiya edərək geniş dinamik diapazonlu hazır təsvirləri formalaşdırır. Bundan əlavə olaraq ISOCELL HP3 Super QPD adlı yeni avtofokus sistemini əldə edib. Sözügedən avtofokus sistemi kamera sensorunun bütün piksellərindən istifadə edərək kadrdakı obyektə sürətli və dəqiq fokuslanmanı təmin edir. ISOCELL HP3-ün test versiyaları artıq Samsung-un partnyorlarında mövcuddur. Bu yeni kamera sensorunun irimiqyaslı istehsalına isə bu il start veriləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google gələn həftə süni zəka vasitəsilə axtarış mövzusuna həsr edilmiş xüsusi tə..

Google gələn həftə xüsusi tədbir keçirdəcək və həmin tədbir çərçivəsində axtarış və süni zəka texnol..


Hal hazırda bazarda olan ən yaxşı avtopilot sistemlərinin reytinqi tərtib edilib..

Consumer Reports adlı qeyri-kommersiya təşkilatı avtopilot sistemlərinin yenilənmiş təhlükəsizlik re..


Meta-nın ilk smart saatının fotoları təqdim edilib

Hələ 2021-ci ildə məlumat ortaya çıxmışdı ki, Meta şirkəti öz ilk smart saatı üzərində çalışır...


Naqilsiz Nothing Ear (2) qulaqlıqlarının fotoları təqdim edilib

Hələ dünən məlum oldu ki, Nothing şirkəti artıq Nothing Phone (2) smartfonu üzərində çalışır və o bu..


Xiaomi-nin ilk elektromobilinin yeni fotoları ortaya çıxıb

Xiaomi şirkətinin ilk elektromobili dəfələrlə insayderlərin kameraları vasitəsilə çəkilib...


Apple şirkətinin ilk qarışıq reallıq (AR + VR) cihazının unikal özəllikləri barə..

Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti öz ilk qarışıq rea..

×