main-post-cover

    Samsung büdcəli Galaxy Note 10 üzərində çalışır

    Elm & Texnologiya
    10.10.2019
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti özünün Galaxy S Galaxy Note seriyalarını birləşdirəcək. İndi isə ortaya çıxmış məlumata əsasən şirkət daha bir Galaxy Note smartfon modeli üzərində çalışır. Bu barədə Sammobile saytı xəbər verib. SM-N770F model nömrəsinə sahib smartfon adi Galaxy Note 10-nun daha büdcəli versiyası olacaq və orta seqmentə aid ediləcək.
        Çox güman ki, smartfon ya Galaxy Note 10 Neo ya da Galaxy Note 10 Lite adını əldə edəcək. Lakin bu barədə hələ dəqiq bir məlumat yoxdur. Gözləntiyə əsasən bu model də adi Galaxy Note 10 kimi S Pen stilusunun dəstəyinə sahib olacaq. Lakin adi Galaxy Note 10-dan fərqli olaraq büdcəli model daha orta texniki göstəricilərə sahib olacaq. Bu səbəbdən Samsung şirkəti sözügedən Galaxy Note 10 modelinin qiymət göstəricisini aşağı sala bilər.
        Qeyd etmək lazımdır ki, şirkət daha öncə də Galaxy Note seriyasında büdcəli modelləri satışa çıxartmışdı. Buna misal olaraq Galaxy Note 3 Neo-nu və Galaxy Note Fan Edition-u gətirmək olar. Məlumatda qeyd edilib ki, büdcəli Galaxy Note 10 modeli dəqiq olaraq Avropa bazarında satışa çıxacaq və iki rəngdə təqdim olunacaq: Qara və qırmızı. Büdcəli Galaxy Note 10-nun nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər