
Samsung cihazlarının fərdi şəkildə təmiri proqramı Avropada da işə salınıb
Elm & Texnologiya
22.06.2023
Emil
Samsung şirkəti istifadəçilər üçün öz cihazlarının fərdi şəkildə təmir proqramını keçən ilk ABŞ-da, bir ay bundan öncə isə Cənubi Koreyada işə salmışdı. İndi isə məlum olub ki, Samsung bu proqramı həmçinin Avropada da işə salıb. İyun ayının sonundan başlayaraq Belçika, Fransa, İtaliya, Hollandiya, Polşa, İspaniya, İsveç və Böyük Britaniyadakı istifadəçilər öz Samsung cihazlarının təmirləri üçün lazım olan detalları və təmir təlimatlarını sifariş edə biləcəklər.
Hal hazırda Samsung-un bu proqramı çərçivəsində istifadəçilər fərdi şəkildə Galaxy S20, Galaxy S21 və Galaxy S22 smartfon seriyasının modellərini və Galaxy Book Pro ilə Galaxy Book Pro 360 noutbuklarını təmir edə bilərlər. Smartfonlar halında Samsung-un istifadəçilərə təqdim etdiyi ehtiyat hissələri arasında ekranlar, arxa panellər və şarj girişləri var. Noutbuklar halında isə şirkət ön və arxa gövdə hissələrini, ekranları, batareyaları, touchpad-ları və s. detalları təqdim edir.
Paylaş
Bənzər xəbərlər