Samsung Çindəki sonuncu kompüter istehsal zavodunu da bağladı

Samsung Çindəki sonuncu kompüter istehsal zavodunu da bağladı

Texnologiya
01.08.2020 PAYLAŞIM

        Samsung şirkəti dünyanın ən böyük ikinci iqtisadiyyatına malik olan Çindən yavaş-yavaş çəkilir. Beləki şirkət Çində yerləşən Suzhou zavodunun da istehsalını tamamilə dayandırdı. Burda təxmin edilən səbəblər bunlardır ki, koronavirus pandemiyası, ABŞ-Çin iqtisadiyyat müharibəsi və ölkədə artan işçi maaşları Çinin Samsung üçün olan marağının itməsinə gətirib çıxarıb.

Ar-Ge departamenti istisna olmaqla 1700 işçinin yarısı işsız qaldı.


        Raportlara görə Suzhou zavodunun istehsal səviyyə ilbə-il azaldılırdı. 2012-də 4.3 milyard dollar gəlir gətirən zavod 2018-də sadəcə 1 milyard dollar gəlir əldə edə bilmişdi. Samsung rəsmiləri çıxarılan işçi sayı, gəlir və xərclər haqqında danışmaqdan boyun qaçıraraq Çin bazarının onlar üçün hər zaman önəmli olduğunu və şirkətin bu bazara yatırımlar edəcəyini vurğuladı. Qeyd edək ki, Samsung Çində yerləşən özünün sonuncu smartfon istehsal zavodunu da keçən il bağlamışdı.

        İndi isə təxminlərə görə Samsung şirkəti başqa bazarlara yönələcək. Çində Samsung smartfonlarının satış payı 1%-ə qədər gerilədiyi üçün şirkət Vyetnama yönəldi. Həmçinin Hindistanda da çox önəmli Samsung zavodları yerləşir. Bunlara uyğun olaraq da yatırımlar bu ölkələrdəki zavodlara ediləcək. Samsung şirkətinin ən önəmli istehsal zavodları İndoneziya, Koreya, Hindistan, Braziliya və Vyetnamda yerləşir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Nvidia-ın əsl əjdahası RTX 3090 videokartının performans test nəticələri yayımla..

Nvidia şirkətinin RTX 3000 seriyasındakı ən güclü videokartı olan RTX 3090-ın benchmark nəticələri o..


Apple AirPower Mini naqilsiz şarj stansiyasının real fotoları sızdırılıb

Naqilsiz şarj stansiyası olan AirPower-in ilk hazırlanma mərhələsindəki uğursuz nəticə Apple şirkəti..


Sony şirkəti PlayStation 5-in qiymətini rəsmi olaraq açıqlayıb

Sony şirkəti gecə keçirtdiyi təqdimat çərçivəsində PlayStation 5 konsolunun qiymətini və startda han..


Professional Apple AirPods Studio qulaqlığının real fotosu sızdırılıb

Artıq bir neçə aydır ki, internetdə olan məlumatlara əsasən Apple şirkəti AirPods Studio adlı yeni p..


GoPro yeni Hero 9 Black action kamerasını təqdim edib - QİYMƏTİ

GoPro şirkəti özünün yeni Hero 9 Black action kamerasını təqdim edib. Yeni kamera modeli əvvəlki Her..


Apple şirkətinin yeni A14 Bionic prosessoru Snapdragon 875-dən az performanslı o..

Prosessorun daha detallı analizi onu göstərir ki, A14 Bionic Apple şirkətinin dediyi kimi heç də o d..

×