Logo
    main-post-cover

    Samsung istifadə olunmuş telefonları yenidən istehsal edəcək

    Ağıllı telefon bazarının liderlərindən biri olan "Samsung" şirkəti edəcəyi daha bir yeniliklə "Apple"a rəqib olmağa hazırlaşır. Belə ki, şirkət istifadə olunmuş telefonların yenidən istehsalını həyata keçirəcək.

    Yenilənmiş Samsung telefonlarının satış detalları

    Cənubi Koreyada şirkəti Samsung, daha bir yeniliyi ilə istifadəçilərini sevindirmək qərarına gəlib. Şirkət bu yolla satışları daha da artırmaq və bazar payını genişləndirmək niyyətindədir. Yenilənmiş telefonların ilk olaraq Cənubi Koreya və ABŞ-da satışa çıxması gözlənilir. Təbii ki, ucuz qiymətə yenilənmiş telefonları alanların çoxluq təşkil edəcəyi şübhə doğurmur. Amma eyni zamanda bu telefonların ikinci əl olması da nəzərə alınmalıdır. Etdiyi bu yeniliklə "Samsung”un, "Apple”a daha ciddi rəqib olması gözlənilir. Cənubi Koreya şirkəti "Samsung”un, bu kampaniyaya ilk başda hansı modelləri daxil edəcəyi tam məlum deyil. "Samsung"un yenilənmiş cihaz satışının 2017-ci ildən etibarən başlanması nəzərdə tutulur.

    Paylaş
    Bənzər xəbərlər