Samsung-dan 5000 mAh batareyalı Galaxy M11 smartfonu
Elm & Texnologiya
30.03.2020
Emil Nəcəfov
Samsung şirkəti öz rəsmi saytında Galaxy M seriyasının yeni modeli olan Galaxy M11-i təqdim etdi. Sözügedən smartfon modelinin əsas özəllikləri sırasında böyük ölçülü ekran, üçlü arxa kamera və böyük batareya həcmi var. Galaxy M11 modeli 1560x720 piksel keyfiyyətli 6.4 düym IPS ekrana sahibdir. Ekranın yuxarı sol hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib.
Digər texniki özəlliklərə gəldikdə isə smartfon 1.8 GHz tezlikdə çalışan 8 nüvəli prosessor (prosessorun modeli bilinmir), 3/4 GB RAM, 32/64 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəkli), 13 MP (f/1.8 diafraqma) + 5 MP (f/2.2 diafraqma) + 2 MP (f/2.4 diafraqmalı ToF modul) üçlü arxa kamera, 8 MP-lik (f/2.0 diafraqma) ön kamera və 15 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Galaxy M11 smartfonu həmçinin özündə USB Type-C girişi və 3.55 mm-lik audiogirişi birləşdirir. Smartfonun nə zaman və hansı qiymətə satışa çıxacağını şirkət daha sonra bildirəcək.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!