Reklam
Samsung-dan yeni Galaxy Buds Live adlı naqilsiz qulaqlıqlar - QİYMƏTİ

Samsung-dan yeni Galaxy Buds Live adlı naqilsiz qulaqlıqlar - QİYMƏTİ

Texnologiya
06.08.2020 PAYLAŞIM

    Galaxy Note 20 flaqman seriyası ilə birlikdə Samsung şirkəti dünən Galaxy Buds Live adlı yeni naqilsiz qulaqlıqları təqdim etmişdi. Maraqlı dizayna sahib bu qulaqlıqlar ətraf səs-küyün boğulması sistemini, smartfonlarla qarşılıqlı əlaqə üçün nəzərdə tutulmuş unikal funksiyaları və bir dəfə şarj olunandan sonra uzun müddət çalışmaq özəlliyini əldə ediblər. Galaxy Buds Live tamamilə yeni dizaynda reallaşdırılıb və paxlaya bənzəyir. Qulaqlıqların bu cür dizayna sahib olmaları, onlardan hətta uzunmüddətli istifadəni də komfortlu edir. Qulaqlıqlar 12 mm-lik səsgücləndiricilər və aşağı tezlikləri yüksəltmək üçün AKG brendinin bas kanalları ilə təchiz olunublar.


    Bununla yanaşı Galaxy Buds Live 3 ədəd mikrofona da sahibdir. Onlardan ikisi xarici biri isə daxilidir. İlik keçiriciliyi üçün nəzərdə tutulmuş vibrasiya ötürücüsü öz növbəsində telefon danışıqları və audioların yazılması zamanı səsin keyfiyyətli ötürülməsini təmin edir. Səsin keyfiyyət göstəricisinin yüksəldilməsi üçün həmçinin akselerometrdən istifadə olunur. Qulaqlıqlarda olan bu akselerometr istifadəçinin ağız hərəkətlərini və başının istiqamətini təyin edir. Səs-küylü mühitdə musiqinin dinlənilməsindən və telefon danışıqlarından diqqətin yayınmaması üçün Galaxy Buds Live-da ətraf səs-küyün aktiv boğulması sistemi reallaşdırılıb.

    Adətən bu sistem qapalı tərz qulaqlıqlarda reallaşdırılır. Lakin Samsung şirkəti bunu açıq tərz gövdəyə sahib qulaqlıqlarda reallaşdırıb. Şirkətin verdiyi məlumata əsasən yeni qulaqlıqlar 700 Hz-dən aşağı diapazonda aşağı tezlikli səslərin boğulmasını təmin edir. Bu isə ətrafda olan metro və avtobus səslərinin 97% boğulması deməkdir. Qulaqlıqların idarəetmə sistemi toxunuşa əsaslanır. Bu üsul ilə dinlənilən musiqini saxlamaq və ya davam etdirmək, gələn zənglərə cavab vermək, dinlənilən musqiləri dəyişmək və s. əməliyyatları reallaşdırmaq olar.

    Toxunuş vasitəsilə işə düşən əməliyyatları Galaxy Wearable tətbiqi vasitəsilə ayarlamaq olar. Qulaqlıqların özləri 60 mAh, onlar üçün nəzərdə tutulmuş xüsusi keys isə 472 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Ətraf səs-küyün boğulması özəlliyinin aktiv olduğu halında qulaqlıqlar 6 saat ərzində, aktiv olmadığı halda isə 8 saat ərzində çalışa bilirlər. Keys vasitəsilə şarj olunma funksiyasını nəzərə almaqla qulaqlıqlar səs-küyün boğulması özəlliyinin aktiv olduğu halında 21 saat, aktiv olmadığı halında isə 29 saat çalışa bilirlər.

    Qulaqlıqların əldə etdikləri daha bir maraqlı funksiya Galaxy Buds Live adlanır. Bu funksiya Galaxy Note 20 smartfonları vasitəsilə video çəkən zaman qulaqlıqlardan naqilsiz mikrofon şəklində istfadəni təmin edir. Bu üsul ilə smartfonlar vasitəsilə müsahibə götürən zaman yüksək keyfiyyətli səsi təmin etmək olar. Galaxy Buds Live qulaqlıqları artıq bugündən satışa çıxır. Qulaqlıqların qiyməti 170$ təşkil edir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi öz avtopilot texnologiyasını sərgiləyib (VİDEO)

Xiaomi şirkəti özünün avtomobillər üçün nəzərdə tutulmuş avtopilot sistemi barəsində ilk məlumatları..


Xiaomi Mi Pad 5 Pro planşeti, Watch S1 Pro smart saatı və naqilsiz Buds 4 Pro qu..

Qatlana bilən Xiaomi Mix Fold 2 və Redmi K50 Ultra smartfonları ilə yanaşı şirkət həmçinin Mi Pad 5 ..


Xiaomi insana bənzər CyberOne adlı robotu təqdim edib (VİDEO)

Xiaomi şirkəti insana bənzər CyberOne adlı robotu təqdim edib.


Samsung Galaxy Watch 5 smart saatları və naqilsiz Buds 2 Pro qulaqlıqları təqdim..

Samsung şirkəti qatlana bilən yeni smartfonları (Galaxy Z Fold 4 və Galaxy Z Flip 4) ilə yanaşı həmç..


Qatlana bilən smartfon, naqilsiz qulaqlıqlar və planşet: Xiaomi 11 avqustda təqd..

Xiaomi şirkəti 3 yeni məhsulunun tizer materiallarını təqdim edib.


Məşhur analitik Apple şirkətinin qarışıq reallıq cihazı haqqında yeni məlumatlar..

Analitikin sözlərinə əsasən şirkət il ərzində 1.5 milyon ədəd qarışıq reallıq cihazını satışa çıxart..

×